Komplayens mədəniyyətinin inkişafını, Risklərin effektiv idarə olunmasını, Etik idarəetməni təşviq edən platforma
Komplayens Assosiasiyası — hüquqi, etik və tənzimləyici normalara uyğunluğun inkişafını təşviq edən, biznes və dövlət sektorunda etik idarəetmə mədəniyyətini gücləndirən peşəkar platformadır.


Komplayens Assosiasiyası
Azərbaycan iş və hüquq mühitində Komplayens mədəniyyətinin inkişafına töhfə vermək məqsədilə təsis olunmuş ictimai birlikdir. Assosiasiya, milli qanunvericilik və beynəlxalq standartlar arasında körpü rolunu oynayaraq, şirkətlərin və təşkilatların etik və şəffaf fəaliyyətinə dəstək göstərir.
Missiya
Etik idarəetməni və şəffaf biznes mühitini təşviq etmək,
riskləri effektiv şəkildə idarə etmək və
peşəkar insan kapitalının inkişafına dəstək olmaq.
Məqsədlər
- Uyğunluq (Komplayens) mədəniyyətinin təşviqi
- Qanunvericiliyə və beynəlxalq standartlara uyğun fəaliyyətə dəstək
- Şirkətlərin risk idarəetmə mexanizmlərinin gücləndirilməsi
- Peşəkar təlim və bilik mübadiləsi təşəbbüslərinin həyata keçirilməsi
- Dövlət və özəl sektor əməkdaşlığının inkişafı




